← Haqqımızda səhifəsinə qayıt
Elnur Azadov

Elnur Azadov

İcraçı direktor

Elnur Azadov daşınmaz əmlak, investisiya, tikinti və biznes aktivlərinin idarə olunması sahəsində uzun illik peşəkar təcrübəyə malik rəhbər və investisiya ekspertidir.

Onun peşəkar fəaliyyəti Azərbaycanın aparıcı holdinq və şirkətlərində daşınmaz əmlak, investisiya idarəçiliyi və biznes inkişafı istiqamətlərində rəhbər vəzifələri əhatə edir. Elnur Azadov iri həcmli daşınmaz əmlak portfellərinin idarə olunması, investisiya layihələrinin hazırlanması, kommersiya aktivlərinin inkişaf etdirilməsi və strateji biznes qərarlarının formalaşdırılması sahəsində geniş təcrübəyə malikdir.

O, müxtəlif illərdə Azərbaycanın aparıcı şirkətlərində daşınmaz əmlak və investisiya departamentlərinə rəhbərlik etmiş, yüksək dəyərli layihələrin strukturlaşdırılması, aktivlərin qiymətləndirilməsi və effektiv idarə olunması proseslərində iştirak etmişdir.

Daşınmaz əmlak bazarı üzrə tanınmış ekspert kimi Elnur Azadov ölkənin aparıcı media platformalarında mütəmadi çıxış edir, daşınmaz əmlak bazarının inkişaf tendensiyaları, investisiya imkanları, tikinti sektoru və bazar riskləri ilə bağlı analitik mövqeyini bölüşür.

Elnur Azadov Azərbaycan Rieltorlar Assosiasiyasının sədr müavini kimi daşınmaz əmlak bazarının inkişafı, rieltor fəaliyyətinin peşəkar standartlara uyğunlaşdırılması və sektorun institusional formalaşması istiqamətində fəaliyyət göstərmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü kimi biznes mühiti, daşınmaz əmlak və tikinti sektorunun inkişafı ilə bağlı müzakirələrdə iştirak etmişdir.

Alliance Real Estate & Investment şirkətinin İcraçı direktoru olaraq Elnur Azadov şirkətin investisiya strategiyasının həyata keçirilməsinə, layihələrin inkişafına, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulmasına və investorlar üçün uzunmüddətli dəyər yaradan həllərin formalaşdırılmasına rəhbərlik edir.

Elnur Azadov ailəlidir, üç övladı var. Azərbaycan, rus və ingilis dillərini bilir.

WhatsApp